Azərbaycan boksçusu: Sevinirəm ki, təcrübəli idmançını mübarizədən kənarlaşdıra bildim

Bu gün məğlub etdiyim rəqib üçqat Olimpiya oyunlarının iştirakçısıdır. Sevinirəm ki, belə bir təcrübəli idmançını mübarizədən kənarlaşdıra bildim.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 finala vəsiqə qazanan Azərbaycan boksçusu Murad Allahverdiyev deyib.

Səksən kiloqram çəki dərəcəsində çıxış edən idmançı güclü rəqibə qarşı yaxşı mübarizə apardığını söyləyib: “Bildiyiniz kimi, növbəti raundda qazaxıstanlı idmançı ilə qarşılaşacağam. Hansımız yarışa daha yaxşı hazırlaşsaq, o da qalib gələcək”.

Qeyd edək ki, Murad Allahverdiyev 1/8 finalda misirli Abdelrahman Abdelqavvada qalib gəlib. Onun 1/4 finaldakı rəqibi qazaxıstanlı Nurbek Oralbay olacaq.

Oxşar Xəbərlər