Qəzza zolağında Hepatit A xəstələrinin sayı, demək olar, 40 min nəfərə çatıb, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə qədər isə cəmi 85 yoluxma halı qeydə alınmışdı.
QİA.az xəbər verir ki, bu barədə “Report” TASS-a istinadən məlumat verir, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyi (UNRWA) məlumat yayıb.
Bildirilib ki, hər həftə anklavda 800-dən 1000-ə qədər yeni yoluxma halları qeydə alınır. Xüsusilə Hepatit A UNRWA tərəfindən Qəzza sakinləri üçün təşkil edilmiş sığınacaqlarda yayılmağa davam edir. Agentlik qeyd edir ki, hepatitin yayılmasına səbəb sığınacaqlarda yer, təmiz su və gigiyena vasitələrinin çatışmazlığıdır.