2030-cu ilədək istixana qazı emissiyalarını 45,5 faiz azaltmağı hədəfləyən Mərakeş yüksək nəticələr göstərən ölkələr sırasında yer alır. Buna görə də Mərakeş Bakıda uğurlu COP29-u səbirsizliklə gözləyir və Azərbaycana uğurlar arzulayır.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş ölkəsinin milli bayramı münasibətilə Bakıda keçirilən tədbirdə çıxışı zamanı söyləyib.
Ölkələrimizin müxtəlif beynəlxalq forumlarda bir-birini ardıcıl olaraq dəstəklədiklərini, həmrəyliklərini, sülh və sabitliyə ortaq baxışlarını nümayiş etdirdiklərini vurğulayan diplomat Sahara məsələsində Mərakeşin ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.