İsrail Livanın paytaxtını bombaladı: İki “Hizbullah” komandiri öldürüldü

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun cənub ətrafına, “Hizbullah” ofislərinin yerləşdiyi ərazilərə dörd raket zərbəsi endirib.

QİA.az TASS-a istinadən xəbər verir ki, ilkin məlumata görə, silahlı birləşmənin iki komandiri öldürülüb.

Bildirilib ki, İsrailin başlıca hədəfi 12 israilli uşağın öldürüldüyü Məcdəl Şəms kəndinə hücuma görə cavabdeh şəxs, “Hizbullah”ın hərbi qanadının rəhbəri Möhsün Şükür olub.

Lakin “Hizbullah”ın hərbi informasiya xidməti bildirib ki, o, sui-qəsd cəhdindən xilas ola bilib və İsrailin zərbəsindən əvvəl qərargahın ofisini tərk edib.

Xatırladaq ki, iyulun 27-də axşam saatlarında Livan ərazisindən İsrailin şimalı növbəti dəfə kütləvi atəşə tutulub. Raketlərdən birinin Məcdəl Şəms kəndindəki futbol meydançasında partlaması nəticəsində 12 uşaq həlak olub, 30-a yaxın insan yaralanıb. İsrail hakimiyyəti insidentdə Livan və “Hizbullah”ı günahlandıraraq, sərt cavab verəcəyini vəd edib.

Oxşar Xəbərlər