Ancelina Coli və Bred Pittin oğlu ağır qəzaya düşüb

Hollivud ulduzu Ancelina Coli və Bred Pittin oğlu Paks Coli-Pitt qəzaya düşüb və xəstəxanaya yerləşdirilib.

QİA.az-ın TMZ nəşrinə istinadla məlumatına görə, hadisə Los-Ancelesdə baş verib.

Bildirilir ki, hadisə axşam pik saatlarında baş verib. 20 yaşlı Paks elektrikli velosipedlə qırmızı işıqda keçib və yol ayrıcında dayanan avtomobilə çırpılıb. Qəza zamanı onun başında dəbilqə olmayıb.

Həkimlərin sözlərinə görə, Paksın beyninə qansızma qeydə alınıb. Onun vəziyyəti hazırda stabil qiymətləndirilir.

Oxşar Xəbərlər