Paris-2024: Azərbaycan avarçəkəni 3-cü olub

31 İyul 2024

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

QİA.az məlumat verir ki, o, 2000 metr məsafəyə fərdi yarışda 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulub.

Dımçenko C/D yarımfinalında altı iştirakçı arasında üçüncü olub. Avarçəkən məsafəni 7 dəqiqə 59,23 saniyəyə qət edib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Oxşar Xəbərlər