Türkiyəyə birbaşa xarici investisiyaların həcmi son 20 ildə 17 dəfədən çox artıb

Türkiyə son 20 ildə həyata keçirdiyi islahatlar, iqtisadi və siyasi sabitlik, gənc və dinamik əhali sayı, geostrateji mövqeyi kimi bir çox amillər sayəsində ölkəyə qoyulan birbaşa xarici investisiyaların həcmi artıb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, 1973-2002-ci illərdə cəmi 15 milyard dollar sərmayə cəlb edən qardaş ölkədə 2002-2023-cü illərdə investisiyanın dəyəri 262 milyard dollar olub.

Türkiyə Prezidenti Administrasiyasının sərmayə ofisi tərəfindən hazırlanan “Türkiyənin beynəlxalq birbaşa investisiyalar strategiyası (2024-2028)”na dair hesabatında bildirilir ki, son 20 ildə Türkiyənin birbaşa xarici investisiyalardakı payı 0,2 faizdən 0,9 faizədək yüksəlib.

Qeyd edilib ki, bu dövr ərzində Türkiyədə fəaliyyət göstərən beynəlxalq sərmayəli şirkətlərin sayı 5 min 600-dən 82 min 700-ə yüksəlib, ölkəyə cəlb edilən birbaşa xarici investisiyaların həcmi orta hesabla 40 faiz təşkil edib. Son illərdə startuplara qoyulan investisiyalar da beynəlxalq sərmayə axınında mühüm yer tutmağa başlayıb.

Oxşar Xəbərlər