Rusiyanın məşhur gimnastı əməliyyat olunub

Bədii gimnastika üzrə Rusiya çempionu Lalə Kramarenko əməliyyat olunub.

QİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə idmançı sosial şəbəkə hesabında paylaşım edib.

O, Tatarıstanın paytaxtı Kazanda keçirilən “BRICS Sports Games Kazan 2024” beynəlxalq turnirində zədə alıb. 19 yaşlı gimnast buna baxmayaraq çempion olub.

Qeyd edək ki, Lalə Kramarenko Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızıdır.

Oxşar Xəbərlər