Parisdə növbəti dəfə Azərbaycan himni səsləndirildi

Fransanın paytaxtı Parisdə növbəti dəfə Azərbaycan himni səsləndirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kiloqram) olimpiadanın qızıl medalına sahib çıxıb.

20:02

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

Oxu.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində yer alan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kiloqram) olimpiadanın qızıl medalına sahib çıxıb.

14:30

Paris-2024 Olimpiadasında cüdo üzrə 100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Zelim Kotsoyev növbəti dəfə qələbə qazanıb.

Oxu.Az xəbər verir ki, 1/4 mərhələdə İsrail təmsilçisi Peter Palçik üzərində qələbə təmsilçimizə yarımfinala vəsiqəni təmin edib.

Z.Kotsoyev yarımfinalda Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevlə qarşılaşacaq.

13:10

Cüdo üzrə 100 kq çəki dərəcəsində son dünya çempionumuz Zelim Kotsoyev Paris-2024 Olimpiadasında 1/8 final mərhələsində polşalı Pyotr Kuçera ilə üz-üzə gəlib.

Oxu.Az xəbər verir ki, rəqibini məğlub edən Zelim Kotsoyev 1/4 final mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

Oxşar Xəbərlər