Termal bulaqlar barədə bilinməyənlər: Kükürdlü su sizi ölümə apara bilər

Termal bulaqlar yerin dərin qatlarından gələn, tərkibində çoxlu minerallar və qazlar olan sudur.

Laçın və Kəlbəcər də belə bulaqlarla zəngindir.

Lakin bu bulaqların tərkibi uzun illərdir ki, araşdırılmadığından haqqında olan məlumatlar da bir qədər köhnəlib.

Faydalı bildiyimiz adi su bəzən bizim həyatımıza son qoya bilər.

Coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbaslı bildirib ki, Kəlbəcər və Laçında olan İstisu bulaqlarının tərkibinin öyrənilməsinə, əsaslı elmi-tədqiqat işlərinin aparılmasına böyük ehtiyac var. Həmin bu nəticələrdən sonra şəxs həkim müayinələrindən keçməlidir.

Terapevt Zakir Quliyev vurğulayıb ki, belə sular təzyiq problemi olan insanlara mənfi təsir göstərə bilər.

Xatırladaq ki, Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları – kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib.

Oxşar Xəbərlər