“Power Rangers” serialında “Yaşıl reyncer” rolu ilə tanınan aktyor kiçik Hektor Devid təqaüdçüyə hücuma görə axtarışa verilib.
QİA.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bir gün əvvəl ABŞ-nin Aydaho ştatının Nampa şəhərindəki dayanacaqda kiçik Devid 60 yaşlı kişi ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə sənətçi rəqibini itələyib. Xoşbəxtlikdən o, xəsarət almayıb.
Lakin bundan sonra təqaüdçünün başına nə gəldiyi Hektoru maraqlandırmayıb. Zərbədən dərhal sonra o, maşına minib qaçıb. Buna görə də indi Aydaho polisi onun həbsinə order verib. Kiçik Devid hər kəslə əlaqəni kəsib və hətta sosial şəbəkələrdəki profillərini silib.