Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.
QİA.az Oxu.Az-a istinadla xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası yarışdan iki həftə öncə cüdoçudan və yaxınlarından müsahibə alaraq reportaj hazırlayıb.
Zelim Kotsoyev bildirib ki, 15 ildir bu idman növü ilə məşğul olur:
“Şimali Osetiyadan olduğuma görə, cüdo ilə orada məşğul olmağa başlamışam. Doqquz yaşım var idi, üçüncü sinifdə oxuyurdum. Atam səhər-axşam məni məşqlərə aparardı, hələ də xatırlamıram ki, hansısa bir məşqə getməyim. Atam həmişə mənə deyərdi ki, “bax, burada 40-50 uşaq var amma onlardan yalnız iki-üç nəfər sonadək döyüşəcək” elə də oldu. Artıq 15 ildir ki, bu idman növü ilə məşğulam”.
Məşqçisi, Dünya Çempionu Elxan Məmmədovun sözlərinə görə, indi Zelim Kotsoyevin yalnız bir arzusu var. Azərbaycan Respublikasının vətəndaşı olmaq. O gələcəyini burada görür:
“Zelimlə Bakıda keçirilən yarışların birində tanış olmuşuq. Xarakterli bir idmançıdır. Yarışda qalib gəlsəm də tanışlığımız davam etdi. Atası xərçəng xəstəsidir. Ağlayaraq mənə dedi ki, oğlumun çempion olmasını istəyirəm. Yarışdan sonra ona zəng edib dedim ki, “oğlunuz çempiondur” göz yaşlarını saxlaya bilmədi”.
Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov isə, Zelimlə 2015-ci ildən tanış olduğunu bildirib. Onun necə dostcanlı olduğunu, yarışlarda bir-birilərinə necə dəstək olmalarından danışıb.