Yunanıstanda İtaliyaya məxsus lüks superyaxta batdı: ANBAAN GÖRÜNTÜLƏR

Yunanıstanın Kefaloniya adası yaxınlığında 46 metrlik “Ethos” lüks İtaliya superyaxtası batıb.

Bu barədə QİA.az “Sondakika.com”a istinadən xəbər verir.

Məlumata görə, qəzaya səbəb ekipajın yaxtanın qapısını açıq qoyması olub.

12 nəfərə qədər qonağı qəbul edə bilən və lüks xüsusiyyətlər təklif edən Malta bayraqlı yaxta təmirdən iki ay sonra həftəlik 180 min funt-sterlinqə icarəyə verilirdi və yeni sahibi tərəfindən 16 milyon funt-sterlinqə təmir edilmişdi.

Hadisə zamanı beş turist və beş ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib. Zərərin miqyası hələ məlum deyil, lakin əhəmiyyətli dərəcədə təmir işləri tələb oluna bilər.

Bununla bağlı görüntülərdə yaxtanın tarazlığını itirərək aşmağa başladığı görünür. Kapitan qayığı suyun dayaz yerinə çəkərək fəlakətin daha böyük miqyasda olmasının qarşısını alıb.

Oxşar Xəbərlər