Azərbaycan millisinin basketbolçusu “Neftçi”yə keçib

Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyev “Neftçi”yə keçib.

QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-a 34 yaşlı oyunçu özü məlumat verib. O, “ağ-qaralar” ilə 1 illik müqavilə imzalayıb.

“Neftçi” növbəti mövsüm avrokuboklara vəsiqə qazanarsa, təcrübəli oyunçu ilə müqavilə daha 1 il uzadılacaq.

Qeyd edək ki, Amil Həmzəyev ötən mövsüm “Xəzri”də çıxış edib.

Oxşar Xəbərlər