Moldovada çoxmillətli hərbi təlimlər keçiriləcək

Moldova, Rumıniya və ABŞ hərbçiləri Moldovadakı poliqonlarda birgə “Scutul de foc-2024” (“Atəş qalxanı-2024”) təlimləri keçirəcək.

QİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə Moldovanın Müdafiə Nazirliyi teleqram kanalında məlumat yayıb.

“Təlimlər əməliyyat imkanlarını inkişaf etdirmək və iştirakçı personalın qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır”, – məlumatda bildirilib.

Müdafiə Nazirliyindən əlavə ediblər ki, təlimlərə Milli Ordunun hərbi-texniki bölmələri və artilleriya sistemləri cəlb olunacaq. Təlimlər milli ordunun cari ilin hazırlıq planına uyğun olaraq avqustun 5-dən 23-dək davam edəcək.

Oxşar Xəbərlər