Makron: “Fransa Olimpiya Oyunlarının açılışında əsl simasını göstərdi”

Fransa Prezidenti Emmanuel Makron iyulun 26-da Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində ölkənin əsl üzünü göstərdiyini bildirib, sənətçilərə və mərasimin bədii rəhbəri Tomas Jolliyə qarşı hücumları pisləyib.

QİA.az TASS-a istinadən xəbər verir ki, müvafiq açıqlamanı Yelisey sarayının mətbuat xidməti yayıb.

Makron əlavə edib ki, Olimpiya Oyunlarının açılış mərasiminin bədii rəhbərinə, eləcə də onun səhnələşdirdiyi tamaşanın artistlərinə qarşı təhdidlər barədə xəbərlər onu qəzəbləndirib və kədərləndirib.

“Hamısına dəstəyimi bildirirəm. Sənətkarlara qarşı təhdidlərə heç nə haqq qazandırmır. Onun (Jolli) cəsarəti bir çox insana fayda gətirdi. Fransızlar Olimpiya Oyunlarının açılış mərasimi ilə fəxr edirlər, biz bununla fəxr edirik. Hesab edirəm k, Fransa özünün əsl üzünü göstərdi. O, cəsarətini nümayiş etdirərək bunu özünəməxsus bədii sərbəstliyi ilə ifadə edib”, – Makron bildirib.

Oxşar Xəbərlər