İstanbulda Muay-tay üzrə Birinci Türk Dünyası Çempionatı keçiriləcək

Avqustun 15-dən 18-dək İstanbulda Muay-tay üzrə Birinci Türk Dünyası Çempionatı keçiriləcək.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Muay-tay Federasiyasından bildirilib.

Məlumata görə, çempionat Türkiyənin Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə təşkil olunacaq.

Müsabiqədə Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Macarıstan, İran, Şimali Kipr Türk Cumhuriyyəti və Bosniya və Herseqovina iştirak edəcək.

Oxşar Xəbərlər