Banqladeşdə hökumət əleyhinə etirazlar növbəti dəfə toqquşmalara səbəb olub. Son saatlarda artıq 28 nəfər həlak olub, onlarla insan yaralanıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “The Daily Star” qəzeti məlumat yayıb.
Qəzet daha əvvəl 13 nəfərin öldüyünü bildirmişdi.
Ayrı-seçkiliyə qarşı Tələbə Hərəkatının çağırdığı etiraz aksiyasının ilk günündə Dəkkə şəhərinin müxtəlif yerlərində və ölkənin digər bölgələrində şiddətli toqquşmalar baş verib. Etirazçılar Baş nazir Şeyx Hasinanın istefasını tələb edirlər.
Hakimiyyət komendant saatını sərtləşdirməyə qərar verib.