Babək, Culfa və Naxçıvanda yanğınlar olub

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu Qızılca kəndində biçilmiş taxıl sahəsində, Naxçıvan şəhər Nazim Hikmət və Şəhriyar küçələrində, Babək rayonu Cəhri qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrində yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

QİA.az “Report”a istinadən xəbər verir ki, məlumatlarla əlaqədar dərhal Naxçıvan şəhər, Babək və Culfa Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

Oxşar Xəbərlər