Tələbələr üçün müxtəlif sxemlər: Artım qərarının yaratdığı suallar

Ali məktəblərin illik təhsil haqqının artırılması ilə bağlı qərarları birmənalı olmayan fikirlərə yol açıb. Bəzi ali məktəblər müəyyən ixtisaslar üzrə qiymət artımını qismən həyata keçirmək istəyirsə, bəzilərində illik təhsil ödənişi bütün ixtisaslar üzrə qaldırılıb. Bu da tələbələr, onların valideynləri tərəfindən narazılıqla qarşılanıb.

Sual yaranır. Ali təhsilin qiymətini hansı amillər müəyyənləşdirir? Ali məktəbləri qiymət artımına sövq edən təhsilin keyfiyyətinin, yoxsa universitetin daxili xərclərinin artmasıdır?

Ekspertlərin məsələyə yanaşması fərqlidir. Digər tərəfdən, təhsil haqqının qalxması tələbələri və valideynləri, xüsusən də maddi imkanları məhdud olanları narahat etməyə bilməz.

Elm və Təhsil Nazirliyindən “qiymət artımı universitetlərin daxili işidir” deyə bildiriblər.

Oxşar Xəbərlər