Neft ixracı üçün yeni boru kəmərlərinin çəkilməsi Qazaxıstana sərfəli deyil

Neft ixracı üçün yeni magistral boru kəmərlərinin çəkilməsi Qazaxıstan üçün iqtisadi cəhətdən məqsədəuyğun deyil.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə respublikanın Rəqabətin Qorunması və İnkişafı Agentliyinin yekun rəyində deyilir.

Belə ki, bütün istiqamətlər son istehlakçıya – məhsulların idxalçısına bağlıdır. Hazırda fəaliyyət göstərən istiqamətlər neft idxal edən əsas ölkələri (Avropa, Çin) əhatə edir. Üstəlik, indiki neft kəmərləri tam gücü ilə işləmir.

Qeyd olunur ki, 2023-cü ildə gücü ildə 17 milyon ton olmaqla və ildə 7,8 milyon ton yüklənməmiş vəziyyətdə qalaraq, “KazTransOil” SC-nin Atırau-Samara istiqamətində faktiki yükü 9,2 milyon ton təşkil edib.

2023-cü ildə gücü ildə 20 milyon ton olmaqla Atasu-Alaşankou istiqamətində Qazaxıstan-Çin boru kəməri MMC-nin faktiki yükü 11,2 milyon ton təşkil edib ki, bu da onun ildə 8,8 milyon ton yüklənməməsi deməkdir.

Oxşar Xəbərlər