XİN Azərbaycan vətəndaşlarına İsrail və Fələstindəki vəziyyətə bağlı xəbərdarlıq edib

Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Fələstin və İsraildəki vəziyyətlə bağlı xəbərdarlıq edib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirliyin yaydığı açıqlamada Fələstin Dövlətinin və İsrail Dövlətinin yerləşdikləri regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə həmin ölkələrə səfər etməmələri tövsiyə olunur.

Eyni zamanda, bildirilir ki, həmin ölkələrdə yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarının mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir.

Oxşar Xəbərlər