Mən hər zaman bütün rəqiblərə normal yanaşmışam.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Ludaqorets” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, pley-off mərhələsində “Qarabağ”ın mümkün rəqibi olan “Dinamo” (Zaqreb, Xorvatiya) barədə fikir bildirib: “Bütün fikrimizi sabahkı matça yönəltmişik. Biz necə rəqibimizi ciddiyə alırıqsa, onlar da “Qarabağ”a qarşı eyni düşüncədədirlər. Bu, komandamıza motivasiya verir”.
Mütəxəssis əməliyyat olunan Musa Qurbanlının bir həftə sonra məşqlərə başlayacağını deyib.
Qeyd edək ki, avqustun 6-da keçiriləcək “Qarabağ”-“Ludoqorets” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 13-də olacaq.