İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə turnirdəki Azərbaycan təmsilçiləri “Zirə” və “Sabah” klublarının da potensial rəqibləri bəlli olub.
III təsnifat mərhələsində Rəşad Sadıqovun yetirmələri “Osiyek”i (Xorvatiya) mübarizədən kənarlaşdırsa, “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi ilə, Krunoslav Renduliçin komandası isə İrlandiya təmsilçisi “Sent-Patriks”i üstələsə, “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 22-də, cavab qarşılaşmaları isə 29-da keçiriləcək.