Abşeron rayonu, Novxanı bağlar massivi, Mübariz İbrahimov 1 ünvanında antisanitar vəziyyət hökm sürür.
Belə ki, Samur-Abşeron kanalından sızan sular yaşayış evlərinin həyətlərinə, yollara dolur.
Ərazidəki kəskin qoxu isə ətrafı bürüyüb.
Məsələ ilə bağlı sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.