İsrailli üzgüçü ziyafətə qatıldı, Olimpiya finalını buraxdı

İsrail təmsilçisi Anastasiya Qorbenko Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təşkil etdiyi şam yeməyinə görə 200 metr məsafəyə qarışıq yarışın finalında iştirak edə bilməyib.

QİA.az TASS-a istinadən xəbər verir ki, Qorbenko yarımfinalda doqquzuncu yeri tutduğu üçün finala vəsiqə qazanmayıb. Lakin avstraliyalı Ella Ramsay xəstəliyi səbəbindən finaldan geri çəkilib. Qorbenko ilk əvəzedici olub.

Bildirilib ki, israilli idmançı yarışın başlamasına 25 dəqiqə qalmış start xəttinə çıxmalı olduğunu öyrənib. O, yarışa vaxtında çata bilməyib

Oxşar Xəbərlər