Nigeriyada Lenin saxlanılıb

Nigeriyanın Dövlət Təhlükəsizliyi Xidməti hökumət əleyhinə nümayişlərin liderlərindən olan Maykl Lenini saxlayıb.

QİA.az xəbər verir ki, bu barədə Nigeriyanın “Premium Times” qəzeti məlumat yayıb.

“Lenin Nigeriya gənclərinin hüquqları uğrunda kampaniyanın milli koordinatorudur”, – nəşr yazıb.

Leninin ölkənin paytaxtı Abucadakı evində saxlandığı dəqiqləşdirilib. Həbsə Leninin mətbuat konfransı çağıraraq Nigeriya prezidenti Bola Tinubunun etirazları dayandırmaq üçün xalqa müraciətini tənqid etməsi səbəb olub.

Oxşar Xəbərlər