Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 116,8 milyon manat vergi daxil olub.
QİA.az xəbər verir ki, bu barədə xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 26 milyon manat və ya 28,7 faiz çoxdur.
Cari ilin 7 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 122 faiz icra edilib.