Yəməndə daşqınlar 45 nəfərin həyatına son qoyub

Yəmənin cənub-qərbindəki Taiz və Əl-Hodeyda əyalətlərində daşqınlar nəticəsində azı 45 nəfər həlak olub.

QİA.az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiyasının Yəmən ofisi məlumat yayıb.

Bildirilib ki, Taiz əyalətində yağan güclü yağışlar avqustun 2-dən başlayıb. İnfrastruktura, evlərə və kənd təsərrüfatı torpaqlarına ziyan dəyib.

Qeyd edilib ki, daşqınlar nəticəsində azı beş nəfər itkin düşüb. 500-dən çox ailə evlərini tərk etmək məcburiyyətində qalıb.

Oxşar Xəbərlər