Bakı metrosunda QR bilet istifadəçilərinin sayı ay ərzində ilk dəfə 1 milyonu ötüb

Cari ilin ilk 6 ayı ərzində “Bakı Metropoliteni” QSC-dən QR bilet istifadəçilərinin sayı 1 milyon 884 min 845 sərnişin təşkil etmişdisə, təkcə iyul ayı ərzində bu ödəmə üsuluna 1 milyon 260 min 699 sərnişin müraciət edib.

QSC-dən QİA.az-a bildirilib ki, 7 ay ərzində istifadəçi sayı 3 milyonu keçərək 3 milyon 145 min 544 sərnişin olub. Başqa sözlə, il ərzində “Bakı Metropoliteni” QSC-dəki QR bilet istifadəçilərinin 40,1 faizi məhz iyul ayında bu xidmətə müraciət edib. Yaxud təkcə iyul ayında daşınan QR bilet istifadəçilərinin sayı 6 ayda daşınmış sərnişinlərin 67 faizi qədər olub.

Ayların müqayisəli statistikasına nəzər saldıqda, iyun ayında əldə olunmuş rekord göstərici bütün daşınmış ödənişli sərnişinlərin 4,2 faizi idisə, artıq iyulda bu rəqəm 7,7 faizə çatıb. QR biletdən ən çox istifadə olunmuş iyun ayı ilə müqayisədə isə iyulda artım 69,2 faiz təşkil edib.

Oxşar Xəbərlər