“Paris-2024”: Azərbaycanın bədii gimnastı çıxışını başa vurub

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, təsnifat mərhələsində fərdi çoxnövçülükdə mübarizə aparan idmançı son olaraq gürzlərlə hərəkətlərdə bacarığını nümayiş etdirib. O, bu çıxışına görə hakimlərdən 26,750 xal alıb.

Daha əvvəl top, halqa və lentlərdə qüvvəsini sınayan Zöhrə dörd hərəkətin cəminə görə ümumilikdə 117,850 xal toplayıb.

Bu göstərici ilə təmsilçimiz yarışı 24 idmançı arasında 18-ci pillədə başa vurub.

Qeyd edək ki, yalnız ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanıb.

Oxşar Xəbərlər