BDU tələbələri üçün Eskişehir Texniki Universitetində təhsil imkanı

Türkiyənin Eskişehir Texniki Universiteti “Erasmus KA171” beynəlxalq müəllim-tələbə mübadilə proqramı çərçivəsində kimya mühəndisliyi ixtisası üzrə 2024/2025-ci tədris ilinin payız semestri üçün tələbə (bakalavr, magistr və doktorant) qəbulu elan edir.

QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Tələbələr CV, motivasiya məktubu, transkript sənədlərini avqustun 27-dək təqdim etməlidirlər.

Müraciət etmək istəyən tələbələrdən müvafiq blankı doldurmaq xahiş olunur.

Əlavə məlumat üçün [email protected]  elektron ünvanına müraciət etmək olar.

Oxşar Xəbərlər