Avstriya maliyyəçiləri süni intellekt vasitəsilə 185 avro cəlb ediblər

Vergidən yayınma hallarını aşkar etmək üçün Avstriya Maliyyə Nazirliyi artıq bir neçə ildir süni intellektdən (AI) istifadənin köməyi ilə böyük gəlir əldə edir.

QİA.az Avstriyanın “Die Presse” qəzetinə istinadla xəbər verir ki, AI vasitəsilə 2023-cü ildə 6,5 milyona yaxın iş yoxlanılıb və 185 milyon avro vergi yığılıb.

Maliyyə Nazirliyinin məlumatına əsasən, əməkdaşların qiymətləndirməsində yanlış məlumat, eləcə də gəlir vergisi, korporativ vergi və ya satış vergisi fırıldaqçılığı cəhdi aşkar edilib. Bundan əlavə, səhvən müraciət edilmiş və ya alınmış yardım və müavinətlərin, habelə saxta şirkətlərin müəyyən edilməsi ilə bağlı 27,5 milyon işə baxılıb.

Oxşar Xəbərlər