İmişlidə zəncirvari qəza olub, yaralılar var 

İmişli rayonunda üç nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

QİA.az AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 11 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Göbəktala kəndindən keçən hissəsində qeydə alınıb. 

Qəza zamanı “Mercedes”, “Vaz-2106” və “Vaz-2107” markalı avtomobillər toqquşublar. Hadisə nəticəsində xəsarət alanlar – Elmdar Savalanov, Ədalət Əmrahov, İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər