Avtomobil Samur-Abşeron kanalına düşüb, sürücü tapılmayıb

Samur-Abşeron kanalının “Şəfəq” qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb.

QİA.az “Report”un yerli bürosuna istinadla məlumat verir ki, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb.

Avtomobil sudan çıxarılsa da, Abusət Əliyev tapılmayıb. Axtarışlar davam edir.

Qeyd edək ki, A.Əliyev 44 günlük Vətən müharibəsi iştirakçısıdır.

Oxşar Xəbərlər