Türkiyədə “Göbekli Tepe” arxeoloji sahəsində tapılan və təxminən 12 400 il əvvələ aid olan daş sütunun üzərindəki işarələr bu yaxınlarda tədqiqatçılar tərəfindən deşifrə edilib.
QİA.az xarici mediaya istinadla xəbər verir ki, arxeoloqlar onların dünyanın ən qədim günəş təqvimini təmsil edə biləcəyini ehtimal edirlər. Alimlərin fikrincə, bu işarələr insan sivilizasiyasında əhəmiyyətli dəyişikliklərə səbəb olan nəhəng kometa təsirini sənədləşdirə bilər. Müvafiq araşdırma bu yaxınlarda “Time” and Mind” jurnalında dərc olunub.
“Göbekli Tepe” bu gün elm adamlarına məlum olan ən qədim monumental memarlıq nümunəsi hesab olunur. O, Giza Böyük Piramidasından yeddi min il daha qədimdir, içərisində mürəkkəb oymalar var ki, arxeoloqların fikrincə, onlar “Tauida” meteor yağışını qeyd edən işarələri ehtiva edir Bu, Yer kürəsində 1200 illik Buz Dövründə – eramızdan əvvəl 10850-ci illərdə kometa fraqmentlərinin iyirmi günlük yağışı hadisəsidir. Güman edilir ki, həmin kometa zərbəsi bir çox iri heyvan növlərini məhv edib, ola bilsin ki, yeni bir din yaradıb, insanların daha sərt şəraitdə yaşaması fonunda kənd təsərrüfatının inkişafına təkan verib və Qərbi Asiyada sivilizasiyanın inkişafına səbəb olub.