Qazaxıstanda Abay Günü qeyd olunur

Qazaxıstanda görkəmli şair, maarifçi və mütəfəkkir Abay Kunanbayevin 179 illiyinə həsr olunmuş Abay Günü bayramı qeyd olunub.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, paytaxt Astanada Abay Kunanbayevin heykəli qarşısına güllər qoyulub.

Abay Kunanbayev qazax yazılı ədəbiyyatının banisi və onun ilk klassikidir.

O, həmçinin İslam əsasında qazax ənənəsini Avropa mədəniyyətinə yaxınlaşdırmağa çalışan islahatçı kimi tanınır.

Dahi qazax şairinin doğum günü 2020-ci ildən Qazaxıstanda rəsmi bayram kimi qeyd edilir.

Oxşar Xəbərlər