Əlhambra sarayı, Tac-Mahal, Brandenburq qapıları, Eyfel qülləsi.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC “Figaro”ya istinadla məlumat verir ki, bəşər tarixinin ən gözəl arxitektura nümunələrini Madrid Tiflologiya Muzeyində görmək mümkündür.
1992-ci ildə İspaniya Gözdən Əlillər Təşkilatının təşkil etdiyi Madrid Tiflologiya Muzeyində (yunanca tuphlós – kor) UNESCO-nun Ümumdünya irsi obyektləri siyahısına düşmüş 37 tarixi tikilinin maketləri yer alır.
Metal, plastik kütlə, ağac və digər materiallardan hazırlanan maketlər gözdən əlin və zəif görən sənətkarların əl əməyidir. 2023-cü ildə 16 mindən çox ziyarətçini qəbul edən muzeydə iş prinsipi digərlərindən fərqlidir. Burada eksponatlara toxunmaq qadağan deyil, əksinə tövsiyə olunur. Günəş işığına həsrət insanlar burada Kolizey, Kreml, Əlhambra sarayı, Tac-Mahal, Brandenburq qapıları, Eyfel qülləsi, Azadlıq heykəli, Tauer körpüsü kimi gözəl sənət əsərlərinin kiçildilmiş maketlərinə toxuna bilərlər.
Gözdən əlillər bildirirlər ki, belə maketlər onlara görə bilmədikləri tikililər barədə təsəvvür yaratmağa imkan verir.