Donald Tramp uzun müddət sonra “X” sosial şəbəkəsinə qayıdıb və orada seçki videosunu yayımlayıb.
QİA.az rbc.ru-ya istinadən xəbər verir ki, bir vaxtlar onun tərəfdarları ilə əsas ünsiyyət vasitəsi “X”dakı (keçmiş “Twitter”) paylaşımları olub.
Qeyd edək ki, “Twitter” 2021-ci ilin yanvarında tərəfdarlarının Kapitol binasında təşkil etdiyi iğtişaşlardan sonra zorakılığın daha da qızışdırılması riskinə görə Trampın hesabını həmişəlik bağlayıb. Həmin vaxt Trampın səhifəsinə 89 milyona yaxın istifadəçi abunə olub.
2022-ci ilin noyabrında sosial şəbəkənin yeni sahibi İlon Mask Trampın səhifəsini blokdan çıxarıb, lakin o vaxtdan bəri eks-prezident orada yalnız bir yazı – 2023-cü ilin avqustunda qısamüddətli həbs zamanı həbsxanada çəkdirdiyi fotosunu dərc edib.