Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu braziliyalı futbolçu Vinisius Juniorun transferi üçün İspaniya təmsilçisi “Real Madrid”ə bir milyard avro təklif etsə də, futbolçu qəbul etməyib.
Oxu.Az xəbər verir ki, ulduz futbolçu “Kral” klubunda xoşbəxt olduğunu və ayrılmaq istəmədiyini bildirib.
Dünya futbolu tarixində rekord məbləğdə təklifi qəbul etməyən Vinisius Hunior “Real Madrid”in puldan üstün olduğunu deyib.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən Madrid təmsilçisinin formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 39 matçda 24 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.