Qardaş Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa yeni töhfə olan Türkiyə–Azərbaycan Universiteti (TAU) artıq yeni tədris ilindən tələbələrini qarşılamağa tam hazırdır.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyət göstərəcək TAU-da Orta Şərq Texniki Universiteti ilə birgə kompüter mühəndisliyi, İstanbul Texniki Universiteti ilə birgə sənaye mühəndisliyi və Hacettepe Universiteti ilə birgə qida mühəndisliyi ixtisasları üzrə tədris təşkil olunacaq: “Gənclərimizi ali təhsil sahəsində həyata keçirilən belə əhəmiyyətli layihələrdən fəal şəkildə yararlanmağa çağırıram. Ölkəmiz və təhsilimiz üçün uğurlu olsun!”.