Afrikada meymunçiçəyi epidemiyası: ÜST fövqəladə vəziyyət elan etdi

Afrikada meymunçiçəyi səbəbiylə sağlamlıq üçün fövqəladə vəziyyət elan edilib.

QİA.az xəbər verir ki, bu barədə avqustun 14-də Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin baş direktoru Jan Kaseya məlumat verib. Fövqəladə vəziyyət Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də təsdiqlənib.

Onun sözlərinə görə, artıq peyvəndlərin alınması üçün müvafiq müqavilə imzalanıb. Saziş çərçivəsində təxminən 200.000 doza vaksin tez bir zamanda alınacaq və bütün Afrikaya paylanacaq.

Həmçinin, qarşıdakı iki həftə ərzində qitənin təhlükəyə cavab tədbirləri planı hazırlanacaq.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən Afrikada 1267 təsdiqlənmiş meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınıb, eyni zamanda qitənin 13 ölkəsində 226 ölüm baş verib.

Oxşar Xəbərlər