İspaniyanın Balear adalarının Ətraf Mühit Departamenti müğənni Keti Perri haqqında ətraf mühitə zərər vurması iddiası ilə bağlı təhqiqata başlayıb.
QİA.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Məlumata görə, müğənni iyul ayında yeni klipini yayımlayıb və klipdə Balear adalarının görüntüləri yer alıb.
Bildirilib ki, Keti Perrinin bu görüntüləri icazəsiz çəkilib.
İspaniya hakimiyyət orqanları, həmçinin, ifaçı və onun komandasının kəndirlə hasarlanmış qadağan edilmiş əraziyə zərər vurma ehtimalını da araşdırır.