Türkiyənin Aydın şəhərinin Köşk rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.
QİA.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
İlkin məlumata görə, hadisəyə səbəb sürücünün yoldakı iti vurmamaq üçün ani manevr etməsi olub. Əvvəlcə ağaca çırpılan avtomobil daha sonra kanala aşıb.
Hadisə yerinə gələn tibb işçiləri bir sərnişinin yerindəcə keçindiyini müəyyən ediblər.
Yaralı sürücü isə təcili yardım avtomobili ilə Aydın Adnan Menderes adına Universitet Xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.