Salyanda minik avtomobili aşıb: xəsarət alanlar var

Salyan rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

QİA.az AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, Qarabağlı kəndi ərazisində baş verən yol qəzası zamanı “Hyundai” markalı minik maşını aşıb. Hadisə nəticəsində xəsarət alan piyada Laiq Orucov və avtomobildə olan şəxslər – Rauf Mustafayev, Zamin Mustafayev Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər