Avqustun 16-da “Enactus” Azərbaycan Milli Yarışmasının final mərhələsi keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) “Enactus” komandası yarışda “AgroX” layihəsi ilə çıxış edib.
QİA.az xəbər verir ki, bu barədə BDU-dan AZƏRTAC-a bildirilib ki, ikinci liqada yarışan komanda yüksək bal toplayaraq final mərhələsində III yeri tutub. Yarışmada 24 komanda iştirak edib və 3 komanda final mərhələsində yüksək nəticə göstərib.
Qeyd edək ki, “Enactus” beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. “Enactus” ümumdünya şəbəkəsi universitet tələbələri, akademik professionallar və biznes liderlərindən ibarətdir.