Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb

Milli Hidrometeorologiya Xidmətinin avqustun 16-sı saat 16:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Göyçay, Zərdab, İmişli, Sabirabad, Lənkəran, Xaltan, Qusar, Şahdağ, Oğuz, Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

QİA.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27°, Naxçıvan Muxtar Respublikasında 30°, Aran rayonlarında 28°, dağlıq rayonlarda isə 17°-dək isti olub.

Oxşar Xəbərlər