ÜST: Sudanda vəba səbəbindən 300-dən çox ölüm halı qeydə alınıb

Sudanda baş vermiş vətəndaş müharibəsinin səbəb olduğu humanitar böhran vəba infeksiyasının yayılmasına səbəb olub.

QİA.az xəbər verir ki, AZƏRTAC “Reuters”a istinadla məlumat verir ki, xəstəlik 300-dən çox insanın həlak olmasına səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris mətbuat konfransında bildirib ki, vəbaya 11327 yoluxma halı qeydə alınıb, onlardan 316-sı ölümlə nəticələnib. O qeyd edib ki, ölkədə, həmçinin denge qızdırması və meningitə yoluxma hallarının sayı artır.

Oxşar Xəbərlər