Cerdan Şakiri yetirməsi olduğu kluba transfer edilib

İsveçrə millisinin sabiq üzvü Cerdan Şakirinin yeni klubu “Bazel” olub.

Oxu.Az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu “Bazel”ə keçib.

İsveçrə klubunun rəsmi saytı Şakiri ilə 3 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, 2009-2012-ci illərdə “Bazel”in əsas komandasında çıxış edən Şakiri “Bavariya”, “İnter”, “Liverpul” kimi klublarda da oynayıb.

Oxşar Xəbərlər