“Mançester Yunayted”dən “Fulhem” üzərində qələbə

“Mançester Yunayted” futbol üzrə İngiltərə çempionatının ilk turunun matçında “Fulhem” üzərində qələbə qazanıb.

Oxu.Az xəbər verir ki, Mançesterdə keçirilən görüş 1:0 hesabı ilə başa çatıb. Yeganə qolun müəllifi İngiltərə klubunda debüt matçına çıxan niderlandlı Coşua Zirkze olub.

Qeyd edək ki, növbəti mərhələdə “Mançester Yunayted” “Brayton”a səfər edəcək, “Fulhem” isə “Lester”i qəbul edəcək. Hər iki görüş avqustun 24-də baş tutacaq.

Oxşar Xəbərlər